525.Az

Kəpənəyin yuxusu

Kəpənəyin yuxusu<b style="color:red"></b>

Türk yazarı, rejissoru Yılmaz Erdoğanın ərsəyə gətirdiyi “Kelebeğin röyası” filmi bir çox xarici ölkələrdə, o cümlədən, Bakı şəhərində böyük uğurla nümayiş olundu. Vaxtsız dünyasını dəyişən gənc şairlər- Rüştü Onur (1920-1942), Muzaffar Teyyyb Uslunun (1922-1946)  həyat və yaradıcılığı haqqında filmdə cərəyan edən hadisələr real həyat qədər təsirlidir. Yılmaz Erdoğan müsahibələrində bu filmin  bir yuxu  olduğunu qeyd etmişdi və 7 il  davam edən uzun bir vaxtdan  sonra “yuxu” reallaşdı. O, deyir ki, şairlər öldükdən sonra onlar haqda danışmaq  yuxu yozmağa bənzəyir.Hər iki şairin hamisi, dostu şair Behcet Necatın dolğun obrazını yaradan rejissor zamanı sanki geri döndərib, həm filmdə, həm də həyatda şairlərin adının yaşamasında, Rüşdü Onurun və həyat yoldaşının Ortaköy məzarlığında baxımsız qalan qəbirlərinin bərpasında iştirak edib. Dünyasını dəyişən, bəzən unudulmuş istedadlı  insanların ruhunu şad etməkdən gözəl, xeyirxah iş varmı?

Bələdiyyə rəisinin qızı  Süzan Zongulaka gələndə onunla bu iki gənc şair arasında dostluq əlaqələri yaranır. Hər ikisi onun gözəlliyini vəsf edən imzasız şeirlər yazırlar.  Əslində Rüşdü Onurun şeirlərini bəyənsə də, Muzaffarın  heyran, vurğun baxışları Süzanın qəlbinə hakim kəsilir.

Yılmaz Erdoğan səmimi etiraf edir ki, uzun müddət iki şairin keçmiş həyatına, taleyinə aktyor, rejissor, ilk növbədə şair qəlbli bir insan kimi  film vasitəsi ilə daxil olmağa  ürəklənmir. Nəhayət, məhz şair həmrəyliyi  ona cəsarət və inam verir.

Yılmaz Erdoğanın qəlbini yaxından duymaq üçünsə onun şeirləri ilə  tanış oldum:

Adını anmaq güzeldi,

Dost ağızlarda sana dair cümlelerin

islatılması...

Adını anmak...

Yüksek sesle, kimsesiz gecelerin düşsel

avuntularına sırt çevirip senden söz açmak...

Adının türkcedeki yankısı özeldi...

“Aynadan qabaq gözəllərə gözəlliyini xatırlatmaq istəyi”, “Heç sıkılmadan söyleye bilirim, sarışın kızlara bayıldığımı” yazan Muzaffar dostu kimi qısa ömründə məhəbbətinin vüsalını deyil, həsrət ağrısını yaşamaq öyrənir. Heyhat, Zongulak şəhərinin kömür  mədəninin zəhərli havası, ovqatı insanlara vaxtsız ölməyin acı dadını yaşadır. Şairlərin yaşıdı olan, 1923-cü ildə doğulmuş,  türk şairi Özdemir Asafın bu fikirləri yadıma düşdü: “Bütün rənglər eyni surətdə çirklənirdi. Birinciliyi isə ağ rəngə verdilər.” Ağ rəng təmizliyin, məsumluğun rəmzi. Gənc şairlərin təmiz ciyərləri, qəlbi, ağ günləri kömür rənginə boyanır. Kömür mədənlərində çalışan adamların acı taleyi fonunda iki şairin kəpənək kimi zərif, gözəl hissləri sonda gerçək həyatın amansız həqiqətinə məğlub olur.

Rüşdünü aktyor Mert Firat, Muzaffarı isə Kıvanc Tatlıtuğ məharətlə yaradıb. Vərəm xəstəsi olan zəif, arıq Muzaffar rolunu oynamazdan əvvəl Kıvanc Tatlıtuğ 20 kq. arıqlamışdı. Süzan rolunda Belçim Erdoğan, Mediha rolunda isə Farah Zeynep Abdullah bu obrazların dramatik taleyini özünəməxsus cizgilərlə ekranda canlandırıblar. Film demək olar ki, keçmişə açılan bir pəncərədir. İki gənc şairin xoşbəxt  arzularının sanki “edam” səhnələrini izləyirsən. Filmdə şair qəlbinin yaşadığı, can atdığı ünvan- ağ vərəqlər və yazı makinası ilə bağlı macəralar o dövrün maddi durumunu, mənəvi böhranlarını bir daha üzə çıxarır. Muzaffar işdən sonra gizlicə yazı makinasını əskiyə bürüyüb kirayədə qaldığı evinə aparır. Rüşdü və Muzaffar gecə yarısı qonşuları oyatmamaq üçün yazı makinasını eyvana çıxarıb çöldə şeirlərini yazırlar. İnsanların gecə bütün qayğılardan uzaqlaşıb yatdığı bir vaxtda gənclər yaşayıb duyduqlarını ağ vərəqlərə köçürməyə tələsirlər. Bəlkə də o gecə günəşin də yatıb yuxuya dalmasını daha çox arzu ediblər, lakin  makina onların həyəcanlı əllərindən sürüşüb yerə çırpılır. Şairlik həvəsi Muzaffara ağır başa gəlir, yazı makinasını sındırdığı üçün işdən kənarlaşdırılır. Kasıb həyatı daha da çətinləşir. Gələn dəfə onlar şair dostları Behcet Necatın birotaqlı mənzilində  bütün  gecəni  şam işığında şeirlərini yazırlar.

Filmdə təsirli epizodlardan biri Rüşdü Onurun vərəm xəstəsi kimi müalicə aldığı sanatoriyada baş verən hadisələrdir. Orda gələcək həyat yoldaşını, ömrünün yeganə sirdaşını tapır. İlk dəfə üzünə xoşbəxtlik qapısının açıldığını zənn edir.Fələyin işlərindən baş açmaq çətindir. Rüşdü gənclik məhəbbətinin gücünə arxalansa da, acı qismət torundan yaxa qurtara bilmir.

Rüşdü Onur müalicə olunsa da, vərəm xəstəliyi ona aman vermir,  xoşbəxt  ailə sevincindən məhrum olur. 3 ay davam edən ailə həyatının sonu faciə ilə bitir. Həyat yoldaşı Mediha  xanım da xəstəlikdən vəfat edir.  Böyük sarsıntı keçirən Rüşdü özünə qapanır. Son günlərini yaşayan şair əlacsız qalıb son şeirlərinin fəryadını kasıb mənzilinin divarlarına yazır.Bu səhnəni  izləmək çox ağırdır...Rüşdünün  nəfəsi, qəlbinin döyüntüləri soyuq divarlara can verir. Sanki divar dil açıb danışırdı...Özdəmir Asafın fikirləri yerinə düşərdi: “Tək nəfərlikmiydi ki, bu şəhər, sən gedəndə bomboş qaldı.” Mediha xanımın ölümündən qırx gün keçir, bir gün Rüşdünün də ürəyi ayrılıq həsrəti ilə döyünməkdən yorulur.

Keçən əsrin birinci yarısında türk şeir dünyasında iki şair imzası ulduz kimi parladı. İkinci Dünya müharibəsinin acı təsirləri, aclıq illəri şairlərin qəlbində məhəbbətin doğulmağına çəpər ola bilmədi.Təkcə bir çəpər vardı, o da xəstəlik. Müharibədə ölkələr arasında sonda sülh müqaviləsi  bağlansa da,  amansız xəstəlik  öz qurbanına ümid əvəzinə yalnız ölüm hökmü verir. Muzaffar Teyyub Uslu da dostu kimi vərəmlə xəstələnərkən əlləri yerdən-göydən üzülür. Sevgilisinə xəstəliyi üzündən heç vaxt qovuşmayacağını dərk edir. O da dostunun acı taleyini yaşayır. Filmdə bu səhnələr verilməsə də, qeyd etmək istəyirəm ki, onun müalicəsi üçün 900 lirə tələb olunsa da iş yerindən ona yalnız 200 lirə verilir. Bu isə onun tam müalicəsinə bəs etmir. Anasının qucağında keçinir. Dünyanın ən qəribə qanunlarından biridir, ölüm insanı daha əziz və əlçatmaz edir, bu məqamda o cansız bədəni ilə daha da dəyərlənir. Muzaffar 24 yaşında vəfat edəndən sonra validən tutmuş bir çox  rəsmi insanlara qədər onun yas mərasiminə qatılırlar, 20 gül çələngi ilə son mənzilə yola salınır...

Düşünürəm ki, işıqlı dünya ilə əlaqələrini qırmaq istəməyən gənc, təmiz ruhlar sonda kəpənəklərə dönürlər. Onlar daha şeir yaza bilməsələr də, çiçəklərin ətrindən ilham alıb onları da öz yeni şeirlərinə qonaq edirlər. Muzaffar ölüm qabağı həyatın gözəlliyinə bir daha aşiq olur, ondan sonra yaşayacaq insanların xoşbəxtliyinə həsəd aparır.O, hər gün, hər saat ölümə addım-addım yaxınlaşır.Həyat işığı onun gözlərində daralır.

Özdemir Asaf həyatın ümidsiz çətinliklərinə, təzadlarına baxmayaraq, şair üçün  kövrək şeirin nə qədər önəmli, hava və su kimi vacib olduğunu  etiraf edir.

Fikirləri  uzaqlara səyahət etsə  də, yenə şairin ən son ümid sahili yazdığı  şeirləridir. Orda sanki ayna qabağında öz-özünlə baş-başa, nəfəs-nəfəsə dayanırsan:

Qəribədir, bəzən istedadlı insanların yaşadığı coğrafi ərazilər müxtəlif olsa da, lakin demək olar ki, oxşar taleləri yaşayırlar. Bu filmə baxarkən, gənc bəstəkarımız Asəf Zeynallının qısa, mənalı ömrünü  xatırlamaya bilmədim.

Üzeyir Hacıbəylinin ilk tələbələrindən biri, milli romans janrının banisi gənc Asəf (1909-1932) 23 il ömür yaşamışdır. Azərbaycanın qədim şəhərlərindən olan Dərbənddə yoxsul bir ailədən çıxmasına baxmayaraq, öz üzərində çalışmış, Azərbaycanın musiqi tarixində özünəməxsus yer qazanmışdır. İlk dəfə türk musiqi məktəbində təhsil alır, sonra Konservatoriyaya daxil olur. O tarixi bina hal-hazırda Asəf Zeynallı adına musiqi məktəbidir.Yuxarı mərtəbəsində gənc Asəf konservatoriyada oxuyarkən, həmçinin aşağı mərtəbədə  texnikumda  dərs deyirdi. Tələbələri Qara Qarayev, Cövdət  Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov idi. O, Türk  İşçi Teatrının musiqi rəhbəri işləyərkən, “Hind qızı”, “Yanğın” tamaşalarına musiqi yazır.

Təəssüf ki, onun da gənclikdə məhəbbət oxu daşa dəyir. Azərbaycanın ilk şərq pianoçu qadını Kövkəb xanım Səfərəliyeva ilə nişanlanmaq ərəfəsində Asəf yatalaq xəstəliyinə tutulub vəfat edir. Kövkəb xanım Asəfdən sonra  heç vaxt ailə qurmur, ömrünün sonuna qədər onun nişanlısı olaraq qalır.

Asəfin  ən böyük arzusu kənd və rayonları qarış-qarış gəzib xalq mahnılarını toplamaq, onları nota köçürmək, gələcək simfonik əsərlərində milli folklorumuzdan bəhrələnmək idi. Bu arzunu  reallaşdırmaq istəyi onun  sağlamlığı, həyatı  hesabına başa gəlir. 1932-ci ildə son günlərini yaşayır. Əlacsızlıqdan “Bakı” simfoniyasının notlarını yatdığı xəstəxananın palatasının divarında  yazmağa başlayır. Hər dəfə qardaşı onu yoluxmağa gələndə deyir: “Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın.”

Bəstəkarın Cəfər Cabbarlının sözlərinə yazdığı “Ölkəm” romansı Azərbaycanın şöhrət və gözəlliyini dünyaya bir daha bəyan etmək üçün ən gözəl  əsərdir. Bunu film vasitəsi ilə həyata keçirmək heç vaxt gec deyil. Asəf Zeynallının qısa həyatında nail olduğu uğurlardan, yaradıcılığından, gənclik məhəbbətindən bəhs edən film çəkmək klip çəkməkdən daha önəmli bir işdir. Məncə, milli musiqi mədəniyyətimizin inkişafında öz parlaq izini qoyan gənc sənətkarımız öz ikinci həyatını dünya ekranlarında yaşamağa layiqdir. Kim bilir, Asəfin son əsəri- divara həkk etdiyi “Bakı” simfoniyası musiqili heykəl kimi nə qədər yaşadı? Rüşdü Onurun divar yazıları soyuq divardan mətbuata yol açdı. Asəf Zeynallının notları divardan hara köçdü? Ruhu nigarandır...Axı, o da türk şairləri kimi xoşbəxt yolun yolçusu olmayıb, ailə, övlad sevinci yaşamayıb. Oktyabr inqilabından sonrakı çətin dövrdə Azərbaycan mədəniyyət xadimlərinin  taleyi, milli-mənəvi dəyərlərimizin qorunmasında iştirakı və fəaliyyətləri haqda həqiqəti deməyi bacaran yeni  filmlərin yolunu gözləyirik. Bu mövzuda filmlərimiz azdır.

İstedadlı qələm sahibi Yılmaz Erdoğanın ərsəyə gətirdiyi “Kelebeğin röyası” filmi nə yaxşı ki,  doğuldu, yaşadı, sevildi. Şairin dediyi kimi, “ağlaya bilmemiz üçün gülen, güle bilmeyimiz üçün ağlayan” Yılmaz Erdoğan Rüşdü və Muzaffarın onlardan yaşca böyük olan dostu, şair Behcet Necatın alicənablığını, xeyirxahlığını, vətənpərvərliyini nəinki filmdə, bir daha  öz şəxsi nümunəsində bugünkü həyatda yaşatdı. Və bizi də dərindən düşündürdü...

Sonda demək istəyirəm ki, kəpənək “yuxu” görsə də  gerçək olmaz. Çünki onun elə öz ömrü yuxu qədərdir. Rüşdünün, Muzaffarın, Asəfin ömrü kimi...Lakin Yılmaz Erdoğanın zərif qanadlı “kəpənəyi” dünyanı dolaşdı və o, onun “yuxusunu” peşəkar türk yazıçısı və rejissor kimi yoza bildi.

Daş heykəllərə dönən dahi sənətkarlarımızın bir çoxu filmlərdə canlanıb danışmaq, ürək sözlərini bölüşmək üçün vallah, yaman darıxıblar...Susmağa məhkum etməyək  heykəlləri... Bəlkə heykəllər də yuxu  görür... Kaş ki, onların  “yuxularını”   yoza biləydik...

04.06.2013    çap et  çap et