525.Az

Antalya meri polisə su şırnaqları üçün su verməkdən imtina edib


 

Antalya meri polisə su şırnaqları üçün su verməkdən imtina edib<b style="color:red"></b>

Türkiyədə Gezi Parkı nümayişçilərinə növbəti dəstək Antaliya merindən gəlib. ANS PRESS-in Hurriyet Daily News-a istinadən verdiyi məlumata görə, Antaliya meri polisin etirazçıların dağıdıllması üçün istifadə etdikləri su şırnaqlarına su verməkdən imtina edib.

Məlumata görə, mer Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvüdür. Merdən rədd cavabı alan polis su üçün rayon hakimiyyətinə müraciət etməli olub. Polisə növbəti dəstəyi isə regionun qubernatoru verib. O, bütün şəhər və bələdiyyələrin rəhbərlərinə polisə ehtiyac yaranacağı təqdirdə su ilə təmin etməyi tapşırıb.

Xatırıadaq ki, Türkiyədə yüzlərlə insanın yaralandığı və azı 2 nəfərin həlak olduğu Gezi Park olayları mayın 31-də başlayıb.

 





05.06.2013    çap et  çap et