525.Az

Yubiley təbriki - "525"-25


 

Yubiley təbriki - <b style="color:red">"525"-25 </b>

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi cənab Rəşad Məcidə

Hörmətli Rəşad müəllim,

Azərbaycanın müasir mətbu fikir tarixində və ictimai-mədəni həyatında mühüm yerə və nüfuza malik “525-ci qəzet”in 25 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edirəm.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuata diqqət və qayğısı sayəsində bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır.

Təxminən ölkəmizin müstəqilliyi ilə yaşıd olan “525-ci qəzet” nəşrə başladığı ilk gündən Azərbaycan həqiqətlərinin obyektiv və peşəkarlıqla təqdim etmiş, ictimai-siyasi və mədəni proseslərdə fəal iştirak edərək milli mətbuat salnaməmizdə özünəməxsus mövqe qazanmışdır.

Mədəniyyət və Turizm Nazirliyi olaraq ötən müddətdə respublikamızın mədəni həyatında, eləcə də turizm sənayesində baş verən hər bir əhəmiyyətli hadisənin “525-ci qəzet”in səhifələrində əksini tapmasını, bütövlükdə nazirliyin fəaliyyətinə həssas və obyektiv münasibətini yüksək qiymətləndiririk. Bu mənada son illər paytaxt Bakıda və bölgələrimizdə uğurla gerçəkləşən beynəlxalq mədəniyyət və turizm tədbirlərinin qəzetdə dolğun şəkildə işıqlandırılması təqdirəlayiqdir.

İnanırıq ki, tarixi ənənələrini qoruyub saxlayan “525-ci qəzet” bundan sonra da ilk gündən müəyyən etdiyi azərbaycançılıq xəttini uğurla davam etdirərək öz oxucu auditoriyasını daha da genişləndirəcəkdir.

Hörmətli Rəşad müəllim,

Bir daha əlamətdar yubiley münasibətilə Sizi və “525-ci qəzet”in kollektivini ürəkdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram.

Əbülfəs QARAYEV
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 





11.11.2017    çap et  çap et