525.Az

"Meqastar" Gezi Parkında


 

"Meqastar" Gezi Parkında<b style="color:red"></b>

Türkiyənin meqastarı Tarkan Gezi Parkı aksiyasına dəstək verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gezi parkına gedən müğənni burada 3 saat qalaraq aksiyaçılarla söhbət edib, şəkillər çəkdirib.

Tarkan daha sonra Taksimdə yaşananlarla bağlı fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb: “Təbiəti sevənlərlə birlikdə, çiyin-çiyinə olmaq çox əhəmiyyətlidir. Həyatda olduğum müddətdə təbiətə və ətraf mühitə olan həssaslığım davam edəcək. Məncə bu mövzuda hamı həssas davranmalıdır”.

Qeyd edək ki, Tarkan Gezi parkı aksiyalarına dəstək vermək məqsədi ilə 5-7 iyun tarixlərində verəcəyi konsertləri təxirə salıb.

 





05.06.2013    çap et  çap et