525.Az

Gədəbəydə bayram günləri


 

Gədəbəydə bayram günləri<b style="color:red"></b>

Təqvimdə 28 May tarixli əlamətdar bir gün var. Həmin gün 1918-ci ildə milli istiqlal bayramımızın bəyan edilən günüdür.
 
O gün ki Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və müstəqil respublika quruldu. Bu cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu və digər sahələrdə böyük nailiyyətlər əldə edib, çətin və şərəfli tarixi bir yol keçib. SSRİ adlı bir imperiyanın yaranması nəticəsində bu Cümhuriyyət boğulub və 1920-ci ildən 1991-ci ilədək onun tərkibində olub. Bu nəhəng imperiyanın süqutu ilə yaranan əlverişli tarixi şərait və milli azdlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında “ konstitusiya aktı qəbul olundu. 1993-cü ilin iyununda xalqın təkidli xahişi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Qısa bir müddət ərzində bütün sahələrdə müsbət dəyişikliklər hiss olundu. Azərbaycan regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi. Bu gün ümumilli lider H. Əliyevin xarici və daxili siyasətini çox böyük uğurla cənab Prezident İlham Əliyev davam etdirir. 28 May Respublika günü münasibətilə respublikamızın hər yerində bayram tədbirləri keçirildi. Belə tədbirlərdən biri də dağlar qoynunda yerləşən Gədəbəy rayonunda baş tutdu. Ümumrayon toplantısını giriş sözü ilə açan RİH-nin başçısı Ramiz Yediyarov bayram münasibətilə hamını təbrik etdi. O, müasir Azərbaycan Respublikasının qurucusu və memarı H.Əliyevin keçdiyi həyat yolundan, müstəqillik dövründə respublikamızda görülən işlərdən danışdı. O qeyd etdi ki, 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf proqramı” bizim rayonda inkişafı üçün böyük əhəmiyyət kəsb edib: “Hazırda rayonda tikinti işləri geniş vüsət alıb. Şəhərin Heydər Əliyev prospekti yenidən qurulur, Çolpan çayı üzərində yeni körpü tikilir, Qoşabulaq kəndində yeni məktəb binası istifadəyə verilib, Arıqıran, Samanlıq kəndlərində yeni məktəb binaları tikilir, kənd yolları təmir olunur, genişləndirilir”.

Şəhərdə Heydər Əliyev Mərkəzində və Bayraq Meydanında quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Rayonda görülən işlərdə rayon ictimaiyyəti ürəklə çalışır və köməklik edirlər. Bunu toplantıda çıxış edən digər natiqlər də öz çıxışlarında vurğuladılar. Hər bir rəhbər işçi, idarə-müəssisə rəhbərləri, ziyalılar, ağsaqqallar rayonun tikinti-quruculuq və abadlıq işlərində fəal iştirak edirlər.

Belə təşkilatlardan biri də Azərbaycan Respublikası Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı mərkəzinin Gədəbəy rayon filialıdır. Uzun illərdir ki, bu tədris ocağına Fərman Rzayev başçılıq edir. Fərman müəllimin gərgin əməyi nəticəsində bu məktəb ucqar rayon məktəbindən respublikanın ən nümunəvi mütəxəssis hazırlığı məktəbinə çevrilib. Kiçik bir şəhərciyi xatırladan bu məktəb haqqında respublika mətbuatında mütəmadi olaraq yazılar gedir. Hərbi hissələrdə keçirilən görüşlər, müxtəlif tədbirlər, xeyirxahlıq işləri daim televiziya və müxtəlif qəzetlərdə işıqlandırılır. Məktəbin direktoru Fərman Rzayevin əməyi həmişə aidiyyatı təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Onun haqqında bir neçə kitab çap olunmuşdur.

Tədbirdə bir daha bu dediklərimizin canlı şahidi olduq. Gədəbəy RİH-i başçısının sərəncamı ilə Rzayev Fərman Məmməd oğlu rayonun tikinti-quruculuq və abadlıq işlərində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub. Bu təltif Fərman müəllimin əməyinə verilən növbəti bir qiymət, qayğı və diqqətdir. Bütün bunlar ömrünü-gününü bu məktəbə bağlamış, sanki onu öz doğma balası kimi sevən, qayğı göstərən, sağlamlığını bu yolda qoyan, saçlarını bu sahədə ağardan bu el ağsaqqalını cavanlaşdırır, məktəbin və rayonun çiçəklənməsi naminə daha böyük işlər görməyə ruhlandırır. Biz də bu yolda ona uğurlar və can sağlığı arzulayırıq. Tədbir ərəfəsində və sonrakı günlər müxtəlif bölgələrdən Fərman müəllimi təbrik edir və ona can sağlığı arzulayırlar.

Azərbaycan Respublikası Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi MMC-nin sədri cənab Şahvələd Əliyev Fərman müəllimin əməyini qiymətləndirildiyinə görə və məktəbə göstərilən diqqət və qayğıya görə Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarova öz minnətdarlığını bildirib.

Nəriman ZEYNALLI
Musa MƏMMƏDOV

 





05.06.2013    çap et  çap et