525.Az

Moskva metrosunda yanğın baş verib, 4 mindən çox sərnişin təxliyyə edilib- Foto


 

Moskva metrosunda yanğın baş verib, 4 mindən çox sərnişin təxliyyə edilib- <b style="color:red">Foto</b>

Moskva metrosunda yanğın baş verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, yanğın metronun Sokolniki xəttində, “Biblioteka imena Lenina” stansiyası ilə “Oxotnıy ryad” stansiyaları arasında olan kabelin yanması nəticəsində baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar gəlib. 4,5 min nəfər sərnişin təxliyyə edilib.
 
Hal-hazırda metronun “Oxotnıy ryad”, “Lubyanka” və “Komsomolskaya” stansiyalarına giriş bağlıdır.
 
Yanğın nəticəsində 30 nəfərin xəsarət aldığı da bildirilib.
 
Qeyd edək ki, yanğının baş verdiyi stansiya Kremlə yaxındır.
 

 





05.06.2013    çap et  çap et