525.Az

Yağış yağacaq


 

Yağış yağacaq<b style="color:red"></b>

İyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan 525.az-a verilən xəbərə görə, cənub-şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 19-22 dərəcəyə çatacaq.
 
Azərbaycanın rayonlarında iyunun 6-da hava şəraitinin əsasən yağmursuz, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-24 isti dərəcə olacaq.

 





05.06.2013    çap et  çap et