525.Az

Rəsmi Bakı Kabelyenin Qarabağ səfərinə münasibət bildirdi


 

Rəsmi Bakı Kabelyenin Qarabağ səfərinə münasibət bildirdi<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər Nazirliyi məşhur opera müğənnisi, ispan Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib.

Nazirliyin mətbuat katibi Elman Abdullayev iyunun 5-də “Media forum” saytına deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan edilən səfərlər qanunsuzdur: “Belə səfərlər Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu normaların kobud şəkildə pozulmasıdır. İşğal olunmuş ərazilərə belə səfərlərin edilməsi münaqişənin həlli prosesinə yalnız və yalnız mənfi təsir göstərir. Biz işğal olunmuş ərazilərimizə qanunsuz səfərləri qəti şəkildə pisləyirik və bununla bağlı mövqeyimiz dəyişməzdir”.

İndiyə kimi Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa və işğal olunmuş digər yerlərə səfər edənləri Xarici İşlər Nazirliyi persona non-qrata elan edir. Onların Azərbaycana daxil olmasına qadağa qoyulur. Monserrat Kabalyenin həmin siyahıya daxil edilib-edilməyəcəyinə gəlincə, Elman Abdullayev deyib: “Tələsməyin. Bir qədər gözləmək lazımdır”.

Monserrat Kabalye Azərbaycanın işğal olunmuş ərazilərinə dünən səfər edib. O, iyunun 4-də Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

 





05.06.2013    çap et  çap et