525.Az

Son buraxılış imtahanında XI sinif şagirdlərinin 7 faizi “2” alıb


 

Son buraxılış imtahanında XI sinif şagirdlərinin 7 faizi “2” alıb<b style="color:red"></b> İyunun 2-də keçirilən buraxılış imtahanlarında XI siniflər üzrə “2” qiymət alan şagirdlərin sayı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi xəbərə görə, imtahanda iştirak edən şagirdlərin təminən 7 faizi “2” qiyməti alıb. İmtahana dair statistik göstəricilər tam şəkildə yaxın günlərdə açıqlanacaq.
 
TQDK-nın bu il müəyyən etdiyi qaydaya uyğun olaraq imtahanda Ana dili və Riyaziyyat fənləri üzrə 0-7 suala cavab verənlər “2”, Ana dili üzrə 8-17, Riyaziyyat üzrə 8-16 suala cavab verənlər “3”, Ana dili üzrə 18-25, Riyaziyyat üzrə 17-24 suala cavab verənlər “4”, Ana dili üzrə 26-30, Riyaziyyat üzrə 25-30 suala cavab verənlər “5” qiyməti alır.
 





05.06.2013    çap et  çap et