525.Az

Kerri Nalbandyanla görüşüb


 

Kerri Nalbandyanla görüşüb<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyunun 4-ü Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

“Media forum” saytının məlumatına görə, görüşdə Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılıb. Kerri bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflər arasında razılığın əldə olunmasına və münaqişənin dinc yolla həllinə təsir göstərməkdə davam edir: “Bu, Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün yeni imkanlar yaradacaq”.

Görüşdə Kerrinin Ermənistana səfəri də müzakirə olunub. ABŞ dövlət katibi səfərin bu il ərzində baş tutacağını bildirib.

 





05.06.2013    çap et  çap et