525.Az

Türkiyə ilə Rusiya arasında yeni qalmaqal


 

Türkiyə ilə Rusiya arasında yeni qalmaqal<b style="color:red"></b>

Rusiya ilə Türkiyə arasında yeni iqtisadi böhran baş qaldırır. Belə ki, Rusiya Avropaya satdığı təbii qazın qiymətində etmək istədiyi endirimlər Türkiyənin narazılığına səbəb olub.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksandr Medvedev Avropaya satıqları qazın qiymətində endirmək etməyi niyyətində olduqlarını açıqlayıb. O, deyib ki, Avropaya təbii qazı hər min kub metrini 370-380 dollar aralığında təklif etməyi düşünürlər.

"Qazprom" rəhbəri bildirib ki, qazın nəqli ilə bağlı bir çox anlaşmalar yenilənmə ərəfəsindədir: "Təbii qazın qiymətinə 7-10% arasında endirim olacaq. 2020-ci ilə qədər Avropanın hər il 80 milyard kub metr əlavə təbii qaza ehtiyacı olacaq. Biz gözləyirik ki, Rusiya 2013-cü ildə təbii qazın nəqlindən 57 milyard dollar gəlir əldə edəcək".

Məsələ ilə bağlı Türkiyənin Enerji Nazirliyi bildirib ki, Türkiyə hələ də Rusiyadan alıdığı qazın hər min kub metrinə görə 425-430 dollar arasında ödəniş etməli olur. Nazirlik bildirib ki, "Qazprom"dan Türkiyə ilə bağlı endirim mesajı gəlməyib: "Rusiya Türkiyəyə yüksəkfaizli endirim etməlidir".

Qeyd edək ki, Türkiyə təbii qazı Azərbaycan, İran və Rusiyadan alır. Rusiya qazının qiyməti 425-430 dollar arasında dəyişir. Türkiyə ən bahalı qazı İrandan alır. İran təbii qazın min kub metrini 500 dollara satır. Azərbaycandan satılan təbii qazın min kub metri isə Türkiyəyə 349 dollara başa gəlir.

 





05.06.2013    çap et  çap et