525.Az

“Milli Şura”dan nəsə gözləmək mənasızdır”


 

“NƏ “MİLLİ ŞURA”, NƏ DƏ “İCTİMAİ PALATA” ADI ALTINDA YARANAN TƏŞKİLATLARIN HEÇ BİRİ YENİ AZƏRBAYCAN PARTİYASINA SİYASİ BAXIMDAN RƏQİB DEYİLLƏR”

“Milli Şura”dan nəsə gözləmək mənasızdır”<b style="color:red"></b>

Prezident seçkiləri yaxınlaşdıqca siyasi təşkilatlar da qismən də olsa fəallıq müşahidə edilir. Ətrafında, eləcə də daxilində cərəyan edən olaylarla diqqətləri üzərinə cəlb edən siyasi təşkilatlardan biri də “Milli Şura”dır. Müxalifətin “Milli Şura” adı altında birləşməyə cəhdlərinin fonunda artıq bu qurumda istefalar da müşahidə edilməkdədir. Arif Hacılının bu təşkilatdan istefası, həmçinin “Milli Şura” ətrafındakı söz-söhbət ciddi müzakirə predmetinə çevrilib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Milli Şura”ya qəbul olub-olmamağı ilə bağlı qərarı məsləkdaşları ilə müzakirə etdikdən sonra verəcəyini qeyd edib. O, mövqeyinin hələ qətiləşdirməməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu məsələlər müzakirə olunaraq həyata keçirilir: “Biz çox mühüm dövrdə yaşayırıq. Qarşıdan prezident seçkiləri gəlir. Mən həm də Müsavat Partiyasında Seçki Qərargahına rəhbərlik edirəm. Seçki Qərargahının rəhbəri olmaq, həm də “Milli Şura”da təmsilçilik müəyyən problemlər yarada bilər. Həm də nəzərə alaq ki, Müsavat Partiyası üzvlərinin sayı, “Milli Şura”nın sıralarında təmsil olunanlardan dəfələrlə çoxdur. Ancaq bütün bunlar müzakirələrin nəticəsində müəyyənləşəcək. Müsavat Partiyası isə istənilən halda “Milli Şura”da təmsil olunacaq”.

Partiyada “Milli Şura” ilə bağlı müzakirələrin yekunlaşmadığını deyən A.Hacılı bunları söyləyib: “Partiyada “Milli Şura” ilə bağlı fikir ayrılığının olub-olmamasına gəldikdə, nəzərə alın ki, hamının mövqeyi bir ola bilməz. Müsavat Partiyasında da bütün qərarlar müzakirələr nəticəsində verilir. Hər halda partiyanın “Milli Şura”da təmsil olunması ilə bağlı qərarı var”.

O, prezident seçkilərində öz namizədini müəyyənləşdirən Müsavat Partiyasının “Milli Şura” formatında yenidən vahid namizəd axtarışına çıxmasının problem yaradıb-yaratmayacağı məsələsinə də aydınlıq gətirməyə çalışıb: “Müsavat Partiyasının Məclisi yanvarın 4-də partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizəd irəli sürülməsi barədə qərar qəbul edib. Bu qərar qəbul edilərkən, qeyd olunub ki, demokratik qüvvələrin daha səmərəli birliyi və ya namizədi olacaqsa, biz bu qərara yenidən baxa bilərik”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı məsələ ilə bağlı bunları söyləyib: “İlk dəfə partiyamızın sədri Qüdrət Həsənquliyev ölkə mətbuatında məsələ qaldırmışdı ki, Rüstəm İbrahimbəyov öz vicdanın səsi ilə danışmır və İbrahimbəyov Rusiyanın təsirində olan dostlarının tapşırıqlarını icra edir. Artıq Qüdrət bəydən sonra radikal müxalifətin rəhbər şəxslərindən olan Arif Hacılı da bu həqiqəti gizlədə bilməyib və “Milli Şura”nı Rusiyanın yaratmasını ortaya qoyub. Hesab edirəm ki, Arif Hacılının bu bəyanatını müsbət addımdır. “Milli Şura” qısa müddətdə dağılacaq. Burada heç bir perspektiv yoxdur. 20 ilin siyasətçilərini Rüstəm İbrahimbəyov öz arxasınca aparır. Hamı da bilir ki, Rusiya Azərbaycan hakimiyyətinə qarşı nəzərdə tutduğu təzyiq üçün İbrahimbəyovdan istifadə edir. Vaxtı ilə Surət Hüseynov Rusiyanın ən yaxın adamlarından idi. Ancaq Heydər Əliyev hakimiyyətə gələn kimi MDB-yə üzv daxil oldu. Rusiya da Surət Hüseynovu öz əli ilə Azərbaycana təhvil verdi”-deyə partiya sədrinin müavini bildirib. Rüstəm İbrahimbəyov hazırda oturub Moskvada və şuranı idarə edir. Təəssüf doğurucu hal odur ki, İbrahim İbrahimli mətbuata açıqlamasında deyir ki, biz hakimiyyətə gəlmək üçün Rusiya meyilli qüvvələrlə də əməkdaşlıq edirik. Bura sözün bitdiyi yerdir. Arif bəyin bəyanatından sonra düşünürəm ki, başqaları da bundan dərs götürəcək”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov Arif Hacılının bu qərarını səhv addım hesab etdiyini deyib. O, A.Hacılının dediklərini “Milli Şura”nın fəaliyyətinə kölgə salmaq, özünü bu qurumdan təcrid etmək” kimi qiymətləndirib. O deyib ki,  “Milli Şura”ya başqa don geyindirmək, başqa adlar vermək heç də xoş niyyətlərdən xəbər vermir.

Millət vəkili Musa Quliyev “Milli Şura” məsələsinə həddən artıq diqqət ayrıldığını deyib. O, “Milli Şura”nın olmayan gücünün populyarlaşdırılmasının tərəfdarı olmadığını qeyd edib: “Hələlik “Milli Şura”nın özü qəti qərara gəlməyib ki, tərkibini, məramını elan etsin. “Milli Şura”dan yeni bir nəsə gözləmək mənasızdır. Çünki orda toplaşan insanların hər biri köhnəlmiş insanlardır. Eyni zamanda onların fikirləri, ideyaları, fəaliyyət sahələri, hara bağlı olduqları da cəmiyyətə bəllidir. Digər tərəfdən onların yeni bir ideyaları da yoxdur ki, irəli sürsünlər. Bundan başqa Azərbaycan xalqı iqtidarı tanıyır, ona inanır və onu dəstəkləyir. Belə bir sosial sifariş yoxdur ki, “Milli Şura” yaransın. Ona görə də “Milli Şura”dan yeni fəaliyyət gözləməyə dəyməz. Bu qurum indiyədək Azərbaycanda fəaliyyət göstərən radikal qüvvələrin başqa bir formatda bir yerə toplanmasıdır. Həmin radikal qüvvələr ayrı-ayrılıqda və ya başqa formatlarda fəaliyyətlərində nəyə nail olublarsa, “Milli Şura”nın uğurları ondan artıq olmayacaq. “Milli Şura” xalqın tələbi ilə, arzular və ideyalar əsasında yaransaydı və Azərbaycan xalqı onları dəstəkləsəydi nə isə gözləmək olardı. Nə “Milli Şura”, nə də “İctimai Palata” adı altında yaranan təşkilatların heç biri Yeni Azərbaycan Partiyasına siyasi baxımdan rəqib deyillər”.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun sözlərinə görə, Müsavat funksioneri A.Hacılının “Milli Şura”dan imtinası mövcud vəziyyəti bir daha aydınlaşdırmış olub: “Milli Şura”nın kənar qüvvələrin yeni bir oyunu olduğunu hər kəs bilir. Necə olur ki, aylardır bu mövzuda söhbətlər məsələhətləşmələr aparılır, amma İsa Qəmbərlə, Eldar Namazov xarici səfərdən dönən kimi “Milli Şuranı” elan etmək qərarına gəlirlər. Görünür, hər iki şəxsi bu məslədə tələsdirən prinsiplər var. Sadəcə olaraq müəyyən şəxslərin kənardan gələn dividentlərə görə susmaq məcburiyyəti o anlama gəlməməlidir ki, “Milli Şura” özündə milli əhval-ruhiyyəni cəm edəcək. Bu mümkün də deyil. Çünki onun həmin “təşkilatı” təsis edən günü belə tərəflər arasında Rusiyaya və Qərbə meyl edək prinsipi üzərində əməlli-başlı gərginlik də yaşanmışdır. Elə buradan da aydın olur ki, ortaya atılan yeni bir oyunun sehirli çubuğu kənarda hansısa qaranlıq qütblərin əlindədir. Müxalifət yetgililəri isə həmişə olduğu kimi bu məsələdə yerli kuratorlar əhəmiyyətindədirlər. Eyni zamanda isə müxalifət daxilində belə bu qondarma şura ilə bağlı təzadlı fikirlər var. Müsavat funksioneri Arif Hacılının qəti şəkildə və açıq formada bildirməsi ki, o “Milli Şura”ya üzv olmayacaq. Bu faktın özü prosesdə əsl mahiyyətin açılmasına tutarlı baxış hesab oluna bilər. Çünki o bilidirb ki, yaranan bu “şura”nın qeyri-milliliyə, xalqın mənafelərinə ziyan vurmaq prinsipi üzərində qurulması bir vətəndaş kimi onu narahat edir. Sözsüz ki, Arif Hacılının bu mövqeyi İsa Qəmbərin heç də ürəyincə deyil və indidən tərəflər arasında yarana biləcək gərginlik üçün bir stimul rolunu oynayacaq”.

AQİL

 





05.06.2013    çap et  çap et