525.Az

"Gezi parkı"nda gözlənilməz anons


 

"Gezi parkı"nda gözlənilməz anons<b style="color:red"></b>

Türkiyənin Adana bölgəsində 4 gündür davam edən nümayişlərdə maraqlı bir hadisə yaşanıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ötən gün də polislə "Gezi parkı" nümayişçiləri arasında toqquşma olub. Lakin bundan sonra küçələrə çıxan və təyziqli su fışqıran TOMA maşınlarından anonslar verilib.

3 min nəfərlik aksiya iştirakçıları hakim Ədalət və İnkişaf Partiyasının rayon təşkilatına yürüş ediblər. Polis qrupa daş atmamaları barəsində xəbərdarlıq edib.

TOMA-lar isə nümayişçilərə dağılışmaları barədə müraciət edib. Xəbərdarlığa nəzərə almayan nümayişçilər ona daş ataraq cavab veriblər.

TOMA-nın təzyiqli su buraxmasından sonra etirazlar daha da şiddətlənib. Bu zaman ağırtonnajlı maşından "Biz sizi sevirik. Təxribata uymayın. Biz həmişə sizin yanınızdayıq", deyə anons verilib.

 





05.06.2013    çap et  çap et