525.Az

Ərdoğanın içki qanunu Güldə ilişdi!


 

Ərdoğanın içki qanunu Güldə ilişdi!<b style="color:red"></b> Baş nazir Rəcəb Tayyib Ərdoğanın israrla parlamentdə qəbuluna nail olduğu qanun prezident Abdulla Gül tərəfindən təsdiqlənməyə bilər.
 
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Abdulla Gül İstanbulda Gezi parkında ağacların qırılmasına etiraz olaraq keçirilən aksiyalarla bağlı TESK başqanı Bendevi Palandökeni qəbul edib.
 
Bendevi Palandöken spirtli içki satışı və spirtli içkidən istifadə ilə bağlı  qadağaları nəzərdə tutan qanunun  spirtli içki satışı ilə məşğul olan biznesmenlər, kiçik mağaza sahibləri və turizm sektoru üçün ciddi problemlərə yol açacağını söyləyib. O, 3 ay ərzində qüvvəyə minməsi nəzərdə tutulan qanuna yenidən baxılmasını istəyib.
 
Bu məsələni nazirlərlə müzakirə edəcəyini bildirən Abdulla Gül görüşdə deyib ki, spirtli içki ilə bağlı qadağaları nəzərdə tutan qanunu təsdiqləməyə bilər. Adulla Gül qanunu araşdırdığını, Konstitusiyaya zidd məqamlar üzə çıxarsa, lazımi addım atacağını söyləyib.
 
Bu arada İsparta İnzibati Məhkəməsi İsparta valiliyinin açıq məkanlarda spirtli içkidən istifadəni qadağan edən qərarını qüvvədən salıb. Məhkəmənin qərarında qeyd olunur ki, bu qərar insan hüquq və azadlıqlarını məhdudlaşdırır.
 





05.06.2013    çap et  çap et