525.Az

Bakıda sərnişin avtobusdan yıxılıb öldü


 

Bakıda sərnişin avtobusdan yıxılıb öldü<b style="color:red"></b> Bakıda sərnişin avtobusunda bədbəxt hadisə baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 3-də Gədəbəy rayon sakini Elşən Şirəliyev Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Müstəcəb Ağayevin idarə etdiyi "Daevoo" markalı 109 saylı xətt avtobusdan yıxılıb. O ehtiyatsızlıq nəticəsində hərəkətdə olan avtobusun açıq qalmış qapısından yerə yıxılıb.
 
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Şirəliyev iyunun 4-də orada ölüb.
 





05.06.2013    çap et  çap et