525.Az

Vəkillər Kollegiyasından Qurban Məmmədovla bağlı açıqlama


 

Vəkillər Kollegiyasından Qurban Məmmədovla bağlı açıqlama<b style="color:red"></b> Vəkillər Kollegiyasının Rəyasət Heyəti iyunun 4-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilən Qurban Məmmədovla bağlı məlumat yayıb.

Lent.az-ın kollegiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, açıqlamada Qurban Məmmədovla bağlı bəzi KİV-in yanlışlığa yol verdiyi bildirilir:

“Məlum olduğu kimi son günlər respublikamızda fəaliyyət göstərən bir sıra KİV-lərdə "Vəkil Qurban Məmmədov həsb olundu" və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunub. Qeyd olunan yazılarda Qurban Məmmədov və Namizəd Səfərov adlı şəxslər cəmiyyətə vəkil kimi təqdim olunub.

Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər. Beləliklə, adı çəkilən şəxslərin Kollegiyanın üzvləri olmadıqları nəzərə alınaraq onlar barəsində mətbuatda məlumatlar verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur”.
 





05.06.2013    çap et  çap et