525.Az

Özbəkistanda Əmir Teymur Hüseyn Cavidin yaradıcılığında”


 

Özbəkistanda Əmir Teymur Hüseyn Cavidin yaradıcılığında”<b style="color:red"></b>

Daşkənddə özbək dilində çıxan “Dünya ədəbiyyatı” (“Cahan adabiyyati”) jurnalının son nömrəsində böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin 130 illiyi ilə  əlaqədar “Əmir Teymur Hüseyn Cavidin yaradıcılığında” sərlövhəli məqalə dərc olunub.

Özbəkistan Milli Universitetinin professoru Kazakboy Yuldaş və bu universitetin dosenti Muxaye Yuldaşeva tərəfindən qələmə alınmış məqalədə dünyanın tanınmış tədqiqatçılarının, şair, yazıçı və bəstəkarlarının Əmir Teymurun həyatından və sərkərdəlik fəaliyyətindən bəhs edən elmi-tədqiqat əsərləri, roman və operalar haqqında qısa məlumat yer alıb.

Müəlliflər Hüseyn Cavidin həyatı və yaradıcılığı haqqında isə daha ətraflı söhbət açıb, onun Əmir Teymurun şəxsiyyətinə böyük hörmətlə yanaşdığını vurğulayıblar.

Məqalədə qeyd olunur ki, məhz bu hörmət və sevgi Hüseyn Cavidi “Topal Teymur” əsərini yazmağa sövq edib. Oxucuların diqqətinə belə bir mühüm məlumat da çatdırılır ki, əsər Bakıda bir neçə dəfə Azərbaycan və rus dillərində nəşr edilmiş və tamaşaya qoyulub.

Məqalədə, həmçinin bildirilir ki, “Topal Teymur” əsəri tanınmış şair və tərcüməçi Usman Kuçkar tərəfindən özbək dilinə tərcümə olunmuş və səhnələşdirilib.

GÜNEL

 





05.06.2013    çap et  çap et