525.Az

Gənclər İttifaqının SPARE proqrami ENO İnternational mükafatı aldı


 

Gənclər İttifaqının SPARE proqrami ENO İnternational mükafatı aldı<b style="color:red"></b>

Azərbaycan Gənclər İttifaqının həyata keçirdiyi SPARE proqramının fəalları – Ulviyyə  Əkbərova, Ayaz Əhmədov və Nailə İsmayılova 27-31 May 2013-cü il tarixlərində Finlandiyanın Joensuu şəhərində keçirilən “Hər damlanın dəyəri var” ətraf mühit üzrə beynəlxalq tədbirdə iştirak ediblər. Tədbir ENO beynəlxalq Ətraf Mühit Təşəbbüsü Şəbəkəsinin təşkilatçılığı ilə keçirilib. 40-dan artıq ölkənin qatıldığı beynəlxalq konfransda Gənclər İttifaqının həyata SPARE proqramı ətraf mühitin mühafizəsində fəal iştirakına görə mükafatla təltif olunub.

Konfrans müddətində finlandiyadan olan həmyaşıdlarını məktəblərdə ziyarət edən Azərbaycanlı gənclər onlara ölkəmiz haqqında, eləcə də Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində aparılan işlər, layihələr, və təşəbbüslər haqqında məlumat veriblər. Həmçinin azərbaycanlı gənclər konfrans çərçivəsində təşkil olunan ağac əkmə aksiyasında da fəallıq nümayiş etdiriblər. SPARE proqramının fəallarından olan Ulviyy Əkbərova eynəlxalq konfransda fəallığına görə mükafatlandırılıb.

Azərbaycanlı gənclər konfrans çərçivəsində  təşkil olunan mədəniyyət gecəsində də fəal olublar. Onlar Azərbaycan haqqında təqdimatlar edib, milli mətbəximizdən danışıb, eləcə də iştirakçılara Azərbaycan rəqsini nümayiş etdiriblər.

 





05.06.2013    çap et  çap et