525.Az

Vətəndaşlar üçün “Asan kart” gəlir


 

Vətəndaşlar üçün “Asan kart” gəlir<b style="color:red"></b> Tezliklə Azərbaycanda “Asan kart”lar vətəndaşların ixtiyarına veriləcək.
 
Lent.az-ın məlumatına görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, hazırda “Asan kart” üzərində işlər aparılır.
 
Onun sözlərinə görə, bəzi texniki məsələlər həll olunduqdan sonra tezliklə Asan kart istifadəyə veriləcək: “Kart vətəndaşların gündəlik həyatını asanlaşdırmaq üçün nəzərdə tutulan bir vasitədir. Vətəndaş bəzən üzərində müəyyən ödənişləri və digər hərəkətləri etmək üçün bir çox kartları daşımağa məcburdur. “Asan kart”ın isə funksiyası ondan ibarətdir ki, vətəndaşların bir neçə kartda gəzdirdikləri informasiyaları bir kartda gəzdirə bilsin”.
 





05.06.2013    çap et  çap et