525.Az

Əhməd Davudoğludan Kerriyə etiraz


 

Əhməd Davudoğludan Kerriyə etiraz<b style="color:red"></b> Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu amerikalı həmkarı Con Kerriyə telefon açaraq, son günlər ölkədə baş verənləri müzakirə edib.
 
Lent.az-ın TRT-yə istinadən məlumatına görə, türkiyəli diplomat ABŞ-ın dövlət katibinə Türkiyədə baş verən olaylarla bağlı ardıcıl bəyanatlar verməsinə etirazını bildirib.
 
Telefon danışığı zamanı Ə.Davudoğlu deyib: «Türkiyə ikinci növ demokratik deyil».
 
Davudolğu amerikalı diplomata ABŞ-da da oxşar «Occupy Wall Street» etiraz aksiyası nəticəsində daha çox adamın həlak olduğunu xatırladıb.
 
Türkiyə XİN başçısı Avropada da belə aksiyaların keçirildiyini Con Kerrinin yadına salıb.
 
«Bir çox demokratik dövlətlərdə oxşar olaylar baş verir. Bu demokratiyanın özünəməxsus sınağıdır» - deyə, Əhməd Davudoğlu vurğulayıb.
 
Danışıq zamanı o, xatırladıb ki, etiraz aksiyasında yalnız «Gəzi» parkının qorunmasını müdafiə edənlər deyil, eləcə də radikal təşkilatların təmsilçiləri iştirak edib.
 





06.06.2013    çap et  çap et