525.Az

Türkiyənin Adana şəhərində də aksiya keçirilib


 

Türkiyənin Adana şəhərində də aksiya keçirilib<b style="color:red"></b> İstanbul Gezi parkı etirazlarına dəstək məqsədilə Adana şəhərində aksiya keçirilib.

Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir ki, yerli vaxtla saat 23:00 radələrində hakim Ədalət və İnkişaf Partiyasının Adana vilayət təşkilatının inzibati binasının qarşısından keçən təqribən 500 nəfər polisin xəbərdarlığına baxmayaraq, aksiyanı davam etdiriblər.

Polis aksiyaya su şırnaqları ilə müdaxilə edib, daha sonra nümayişi dağıtmaq üçün etirazçıları qovmağa başlayıb. Aksiya zamanı 25 nəfər saxlanılıb.

Bu arada etirazçıları qovan polis əməkdaşı inşası davam etdirilən köprüdən yıxılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
 





06.06.2013    çap et  çap et