525.Az

Tarkan niyə evlənmir?


 

Tarkan niyə evlənmir?<b style="color:red"></b> Uzun müddətdir mətbuata danışmayan müğənni Tarkan səssizliyini pozub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yeni açılan jurnalın ilk buraxılışı üçün meqastar şəxsi həyatı barədə danışıb. Tarkan evlənmək və uşaq sahibi olmaq haqqında verilən suala belə cavab verib:

“Mən uşaqlıqdan azadlığı, sərbəstliyi sevən insanam. Əsl eşqə vurğunam. Amma sonu çox zaman ümidsizlik, çarəsizliklə, bədbəxliklə bitən evliliklərin əleyhinəyəm. Ancaq bəzi istisnalar olduğunu bilərək ümidimi tam üzməmişəm. Yetər ki, əsl sevgi olsun”.

Məşhur müğənni özünü ancaq səhnələrdə görür: “Ən rahat, sərbəst, özüm olduğum yer səhnədir. Mən səhnə üçün doğulmuşam”.
 





03.10.2012    çap et  çap et