525.Az

Bakıda qatarda partlayış cəhdinin qarşısı alınıb


 

Bakıda qatarda partlayış cəhdinin qarşısı alınıb<b style="color:red"></b> İyunun 5-də Bakıda qatarda partlayış törədilməsi cəhdinin qarşısı alınıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu Keşlə qəsəbəsi Keşlə dəmiryol stansiyasında Bakıdan Qazaxa gedən qatarda partlayıcı əşyanın olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hüquq-mühafizə orqanlarından kinoloji qruplar və pirotexniki işlər üzrə mütəxəssislər, eləcə də xüsusi əməliyyat qrupları hadisə yerinə cəlb edilib və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
 
Dərhal Bakı-Qazax sərnişin qatarının hərəkətinin dayandırılması əmri verilib və qatar Keşlə stansiyası ərazisində saxlanılıb, sərnişinlər qatardan uzaqlaşdırılıb. Qatarın bütün vaqonlarına baxış keçirilib. Bu zaman qatarın 10-cu vaqonunda partlayış təhlükəli əşyalar aşkar olunub. Aşkar edilmiş partlayıcı təhlükəli əşyalar hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə götürülərək aidiyyəti üzrə aparılıb.
 
Əməliyyatdan sonra qatarın hərəkəti davam etdirməsinə icazə verilib.
 
Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
 





06.06.2013    çap et  çap et