525.Az

Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir


 

Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir<b style="color:red"></b>

Azərbaycanın Xalq artisti Rasim Balayevmüalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Bu barədə "Report"a xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib:

"İstanbula gedirəm. Müalicə alacağım xəstəxananın adını hələ bilmirəm. İndiyədək demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərirdilər ora da gedirdim".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.

 





21.11.2017    çap et  çap et