525.Az

İran Xəzərdə təlimlərə başlayıb


 

İran Xəzərdə təlimlərə başlayıb<b style="color:red"></b>

İran Xəzər dənizinin neftdən çirklənməsinə qarşı mübarizə məqsədilə təlimlərə başlayıb.

Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Təlimlər İranın müxtəlif qurumlarının dənizdə neftlə çirklənməyə qarşı mübarizədə və xilasetmə əməliyyatlarında əməkdaşlığının artırılması məqsədilə Noşəhr limanında keçirilir.

Təlimlərdə Xəzəryanı ölkələrdən nümayəndələr də iştirak edirlər.

 





03.10.2012    çap et  çap et