525.Az

Maykl Ceksonun qızı intihara cəhd edib


 

Maykl Ceksonun qızı intihara cəhd edib<b style="color:red"></b>

Dünya şöhrətli amerikalı müğənni Maykl Ceksonun 15 yaşlı qızı Peris Cekson intihar etməyə cəhd edib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, buna səbəb onun rok ulduzu Merilin Mensonun konsertinə getməsinə icazə verilməməsidir.
 
Bundan qəzəblənən Peris öz otağına çəkilərək venalarını kəsib. Vaxtında xəstəxanaya çatdırıldığından, onun həyatını xilas etmək mümkün olub.
 
Qeyd edək ki, Maykl Cekskson 25 iyun 2009-cu ildə 51 yaşında vəfat edib. Ölümə səbəb yüksək dozalı dərmanların qəbul edilməsi olub. Onun iki oğlu və bir qızı alıb. Oğlanların hər ikisinin adı Maykldır.

 





06.06.2013    çap et  çap et