525.Az

Azərbaycan tanker istehsal edəcək


 

Azərbaycan tanker istehsal edəcək<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) inşa etdiyi yeni gəmiqayırma zavodu müxtəlif təyinatlı gəmilər inşa etməklə təkcə Azərbaycanın deyil, regionun digər ölkələrinin də gəmilərə olan tələbatını ödəməyə qadir olacaq.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.
 
Onun sözlərinə görə, bu gəmilərdən müxtəlif məqsədlər, o cümlədən dənizdəki yataqların işlənməsi zamanı istifadə olunacaq: «Yeni zavodda ilk dəfə olaraq Xəzər dənizi üçün iri tankerlərin inşası da mümkün olacaq».

V.Əliyev bildirib ki, hesablamalara görə, regionda belə gəmiqayırma zavoduna olan tələbat çox yüksəkdir: «Yaxın 20 il üçün təkcə ARDNŞ-in gəmilərə tələbatı 110 gəmi təşkil edir»

 





06.06.2013    çap et  çap et