525.Az

Millimiz FİFA reytinqində irəlilədi


 

Millimiz FİFA reytinqində irəlilədi<b style="color:red"></b>

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın qurumun saytlna istinadən yaydığı xəbərə görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə iki pillə irəliləyib. Hazırda millimiz 118-ci yeri tutur.

DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya 6-cı (-1), Rusiya 11 (0), İsrail 62-ci (-3), Şimali İrlandiya 116-cı (+3), sabah Bakıda qarşılaşacağımız Lüksemburq 145-ci (+3) yeri tutur.

Qardaş Türkiyə millisi isə 54-cü (-11) pillədə qərarlaşıb.


Reytinqin ilk üçlüyü əvvəlkitək dəyişməz qalıb: İspaniya birinci, Almaniya ikinci, Argentina isə üçüncüdür.

 





06.06.2013    çap et  çap et