525.Az

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin proqramı məlum olub


 

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin proqramı məlum olub<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexin Azərbaycana səfərinin proqramı məlum olub.

APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, həmməruzəçilər 101-4 iyunda Azərbaycana növbəti tanışlıq səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, daxili işlər naziri, ədliyyə naziri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşəcəklər.
 
Onların MSK sədri, Ali Məhkəmənin sədri, Hüquqşünaslar Assosiasiyasının rəhbəri, baş prokurorla da görüşləri nəzərdə tutulur. Həmməruzəçilər səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcəklər.

 





06.06.2013    çap et  çap et