525.Az

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi


 

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi<b style="color:red"></b>

Milli Şuranın bu günkü təsis iclasında Müsavat partiyasının başqanı İsa Qəmbər çıxışı zamanı vahid namizəd məsələsinə toxunub. O bildirib ki, vahid namizəd məsələsi olduqca aktullaşıb. İsa Qəmbər həmçinin qeyd edib ki, Müsavat partiyası olaraq demokratik qüvvələrin birlik müraciətlərininin hamısına müsbət yanaşıblar.

Müsavat başqanı Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri olmasını istəyib. İsa Qəmbərin bu təklifi səsə qoyulub və qəbul edilib.

Bununla da, Rüstəım İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib.

modern.az

 





07.06.2013    çap et  çap et