525.Az

Mehriban Əliyeva Fərid Məmmədovla görüşüb


 

Mehriban Əliyeva Fərid Məmmədovla görüşüb<b style="color:red"></b>

İyunun 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında İsveçin Malmö şəhərində keçirilmiş “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüşüb.
 
M. Əliyeva Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik edib.
 
Mehriban Əliyeva artıq altıncı dəfədir ki, “Eurovision” mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının dövlətimiz tərəfindən daim dəstəkləndiyini qeyd edib, ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirib. Mehriban Əliyeva bütün bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirib.
Azərbaycanın müsabiqədə həmişə yüksək yerlərdə qərarlaşdığını vurğulayan Azərbaycanın birinci xanımı, ölkəmizi “Eurovision-2013”də təmsil edən Fərid Məmmədovu bir daha təbrik edib, ona uğurlar arzulayıb.

Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 





07.06.2013    çap et  çap et