525.Az

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü razılaşdırılmadı


 

 Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü razılaşdırılmadı<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdıra bilməyib və belə bir görüş barədə yayın sonu, payızın əvvəlindən tez danışmaq mümkün deyil.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu münaqişənin həllinə dair danışıqlarda iştirak edən ölkələrdən birinin nümayəndəsi deyib. Vyanadakı diplomatik mənbə bildirib ki, Zalsburqda iyunun 12-nə planlaşdırılan növbəti görüş baş tutmayacaq. Onun proqnozuna əsasən görüşün yayın sonları, payızın əvvəlindən tez baş tutması mümkün deyil. 
 
Xatırladaq ki, may ayında ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünü razılaşdırmaq üçün növbəti dəfə bölgəyə səfər ediblər. Həmsədrlərin birgə bəyanatında bildirilib ki, yaxın vaxtlarda yalnız xarici işlər nazirləri ilə görüş nəzərdə tutulur.
 

 





07.06.2013    çap et  çap et