525.Az

Boksçumuz finalda


 

Boksçumuz finalda<b style="color:red"></b> Azərbaycan boksçusu Teymur Məmmədov Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Lent.az-ın məlumatına görə, 91 kq çəki dərəcəsindəki təmsilçimiz yarımfinalda ukraynalı Denis Poyatskanı məğlubiyyətə uğradıb.
 
Bununla da boksçumuz ən azı gümüş medalı təmin edib. Finalda Məmmədov rusiyalı Aleksey Yeqorovla üz-üzə gələcək.
 
Daha bir boksçumuz Salman Əlizadə isə bürünc medalla kifayətlənib. 49 kq çəkidə yer alan Əlizadə yarımfinalda irlandiyalı Patrik Barnesə uduzub.
 
Qeyd edək ki, Elvin Məmişzadə (52 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da az sonra yarımfinal döyüşünə çıxacaqlar.
 





07.06.2013    çap et  çap et