525.Az

AK Partiya mitinqlərə hazırlaşır


 

AK Partiya mitinqlərə hazırlaşır<b style="color:red"></b>
Türkiyədə «Gəzi» parkı ətrafında yaranmış gərginlik davam etməkdədir. Ötən gecə Ankarada keçirilən aksiyanı polis dağıdıb.
 
İstanbulda AK Partiyanın Mərkəzi Qərar və İdarəetmə qurumunun toplantısı keçirilib.
 
Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, yığıncaqda Taksimə bağlı olaylar müzakirə edilib. İndiki vəziyyət üçün erkən seçkiyə partiya  ciddi yanaşmasa da çoxsaylı mitinqlər keçirmək haqqında qərara gəlib.
 
İlkin planlaşdırmaya əsasən, iyunun 15-də Ankarada, 16-da isə İstanbulda mitinq keçiriləcək. Bu tədbirlər böyük şəhər bələdiyyələri ilə tamamlanacaq.
 
Partiya təmsilçilərindən biri mitinqlə bağlı bunları bildirib: «Məqsədimiz güc göstərmək deyil. Azlıq hökmlü və təslim etmiş kimi görünür. Ona görə də məqsədimiz məmləkətin yiyəsiz olmadığın göstərməkdir».
 
AK Partiya baş verənlərlə bağlı rəy sorğusu da keçirməyi planlaşdırır.
 





09.06.2013    çap et  çap et