525.Az

Polis Ankarda etirazçıları dağıdıb, Ərdoğan isə paytaxtda mitinqlər keçirib


 

Polis Ankarda etirazçıları dağıdıb, Ərdoğan isə paytaxtda mitinqlər keçirib<b style="color:red"></b>

Ankaranın “Kızılay” meydanında toplaşan etirazçılarla polis arasında növbəti toqquşma baş verib.

APA-nın CNNTürk kanalına istinadən verdiyi məlumata görə, polis etirazçılara dağılışmaq çağırışı edib. Daha sonra isə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
 
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə İstanbul və Ankarada mitinqlərdə çıxışlar edib. O deyib ki, baş verənlər İstanbuldakı Gəzi parkında “5-10 ağacın kəsilməsinə” etiraz deyil: “Onların dərdi başqadır. Bu insanların dərdi Türkiyəni qarışdırmaqdır”.
 
Ərdoğan deyib ki, o, həmişə danışmaq və müzakirə etməyin tərəfdarı olub: “Amma qarşımızdakılar dağıtdılar, dövlət binalarına, maşınlara zərər vurdular, 600 polis yaraladılar, bir polis komissarını isə şəhid etdilər”.
 
Rəqiblərinə mesaj verən Ərdoğan deyib: “Bunlar bizimlə çevrə düzənləməsi yarışına girə bilməzlər. Biz Türkiyədə bu illərdə 2 milyard 800 milyon ağac əkmişik. İndi 10-15 dənə ağacı kəsmək istəyən bələdiyyəyə qarşı, Ərdoğana qarşı çevrə düzənləməsi dərsi keçməyə çalışırlar. Ayıbdır ayıb”.       
 
Rəcəb Tayyib Ərdoğan etiraz aksiyalarına son verilməsini xahiş edib: “Bir dərdiniz varsa, bələdiyyə başqanı, vali, nazirlərlə müzakirə edərsiniz. Onlarla danışmaq istəmirsinizsə, nümayənlərinizi seçin, mənimlə müzakirə edərsiniz. Əgər bunlara yox deyib, davam edəcəksinizsə, o zaman mən sizin anlayacağınız dildən danışmağı bilirəm. Mən heç kimə Türkiyəni terrorun olduğu bir ölkə kimi göstərməyə imkan verməyəcəyəm”. 
 
Türkiyənin baş naziri sahibkar, sərmayəçi və universitet rəhbərlərinə də mesaj göndərib, etirazlara dəstək verəcəkləri təqdirdə itirəcəklərini bildirib. 
 
Ərdoğan “türk baharı” ifadəsinə də çox əsəbi reaksiya verib: “Türk baharı 2002-ci ilin 3 oktyarlbda oldu, bitdi”.  

 





10.06.2013    çap et  çap et