525.Az

"Çudo Peçka"ya sərt qadağa


 

"Çudo Peçka"ya sərt qadağa<b style="color:red"></b> “Çudo Peçka”ya məxsus ticarət şəbəkələrində bir sıra kulinariya məmulatları, dönər və  biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib.

525.az-a Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə,  Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən “Çudo Peçka” MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib.

Belə ki, müəssisəyə məxsus istehsal sexlərində aşkar olunmuş nöqsanlar səbəbindən “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib.

Eyni zamanda aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq edilib.
 





03.10.2012    çap et  çap et