525.Az

“Ya Qarabağ, ya ölüm”- Yeni film


 

“Ya Qarabağ, ya ölüm”- <b style="color:red">Yeni film</b>

Tədbirə türkiyəli incəsənət xadimləri də qatılıb

Beynəlxalq mətbuat mərkəzində “Ya Qarabağ, ya ölüm” filminə ilk baxış olub. Filmin təqdimat mərasimində Azərbaycanla yanaşı, Türkiyədən də tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin media nümayəndələri iştirak edib.

“Ya Qarabağ, ya ölüm” filminin əsas qayəsi  vətən həsrəti, yurd nisgili, və torpaq yanğısı çəkən insanların düşüncələrini real, sənədli faktlarla tamaşaçılara çatdırmaqdır. Filmdə həmçinin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində görülən genişmiqyaslı işlər və xalqımızın qələbə əzmi, mübarizlik ruhundan söhbət açılır.  Ekran işinin ilk nümayişindən sonra onunla bağlı fikirlərini bölüşən mərasim iştirakçıları bunu yüksək qiymətləndiriblər.  Filmin baş məsləhətçisi, Mətbuat Şurasının sədri Əflatun Amaşov burada istifadə edilən  rəmzi obrazların, xüsusilə də  Azərbaycanın fəxri və Qarabağın maddi sərvəti sayılan Qarabağ Atlarının xalqımızın qələbəyə inamının bədii təzahürü olduğunu qeyd edib.

Layihənin rəhbəri Bəxtiyar Qaraca, ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyevadır. Mahnıları xalq artisti Mənsum İbrahimov, Səadət Cavadova, Şəmistan Əlizamanlı və Əhməd Şəfəq ifa edib. Filmdə şairə Sona Vəliyevanın Qarabaq, Şuşa və Şəhidlər haqqında, Ozan Arifin “Ya Qarabağ ya ölüm” şeirlərindən istifadə olunub.

Çəkilişlər Xocavənd rayonunun Nərgiztəpə, qaçqın şəhərciyi,  Bakı, Şamaxı və İsmayıllı rayonu ərazisində aparılıb. Şuşa şəhərinin işğalının 20-ci ildönümündə Xocavənd rayon icra hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn ekran işinin əsas qəhrəmanları sadə sakinlər və məcburi köçkünlərdir. Qarabağa yürüyən ürəklər haqqında çəkilən film sabaha inam vəd edən nikbin sonluqla bitir.

itv.az

 





10.06.2013    çap et  çap et