525.Az

10 ildir axtarışda olan manyak həbs edilib


 

10 ildir axtarışda olan manyak həbs edilib<b style="color:red"></b> Yevgeni Şutov 65 qadını zorlayıbmış
  
Tatarıstanın paytaxtı Kazanda 2003-cü ildən 2012-ci ilə kimi 65 qadını zorlamış manyak yaxalanıb.
 
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Yevgeni Şutov 2003-cü ildən başlayaraq Kazanda uzun saçlı, düz bədən quruluşuna malik 15-25 yaşlı qızları izləyib.
 
Qızları bir neçə gün izləyən, işə və evə nə vaxt gəlib getdiyini öyrənən Yevgeni Şutov daha sonra qurbanlarını binaya daxil olarkən bıçaqla təhdid edib, onları yuxarı mərtəbəyə qalxmağa məcbur edərək zorlayıb. Manyakın qurbanları onun xarici görünüşünü tam təsvir etsələr də, onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu gün səhər saatlarında isə bir kişi polisə xəbər verib ki, Minsk küçəsində evin həyətində gördüyü şəxs polislərin axtardığı şübhəliyə bənzəyir. Polislər dərhal həmin yerə gəlib və manyakı yaxalayıblar. Polisləri görən Yevgeni Şutov qaçmağa, saxlanılan zaman isə müqavimət göstərsə də, heç nəyə nail ola bilməyib.
 





10.06.2013    çap et  çap et