525.Az

“Future Shorts” Festivalının builki yaz mövsümünə start verildi


 

“Future Shorts” Festivalının builki yaz mövsümünə start verildi<b style="color:red"></b>

QISAMETRAJLI FİLMLƏR FESTİVALININ 10 İLLİK YUBİLEYİ QEYD OLUNUR 

“YARAT!” Müasir İncəsənət Məkanı “Future Shorts” Festivalının builki yaz mövsümünü açıq elan edib. Dünyanın ən nəhəng festivalında 90 ölkə, 325 şəhər, 6 qitə təmsil olunub və festival zamanı 1700 nümayiş keçirilir. Artıq 10 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında heyrətamiz qısametrajlı filmləri nümayiş etdirməklə və istedadlı rejissorları dünyaya təqdim etməklə, “Future Shorts” Festivalı dünyanın dörd bir yanından, Finlandiyadan tutmuş Meksikaya qədər, Monqolustandan Qazaxıstanadək böyük tamaşaçı auditoriyasını özünə çəkir. “Future Shorts” Qısametrajlı Filmlər Festivalının əsərləri dünyanın 6 qitəsində, 325 şəhərində, 40 min qısametrajlı film həvəskarları qarşısında hər il nümayiş olunur. Gələcəklə bağlı planlara gəldikdə, qeyd etmək lazımdır ki, festival rəhbərliyi heç də bu nailiyyətlərlə kifayətlənmək niyyətində deyil.

Son on ilin təcrübəsi ilə bağlı fikirlərini bölüşən “Future Shorts” Festivalının təsisçisi və direktoru Fabyen Riqal qeyd etmişdi ki, biz ilk öncə qısametrajlı film rejissorları və qısametrajlı film həvəskarları üçün vahid platforma yaratmaq niyyətindəydik. Sonra isə “Future Shorts” Festivalı mövsümdən mövsümə populyarlaşan möhtəşəm film tədbirinə çevrildi. Biz “Future Shorts” Festivalının özəyini təşkil edən və sıraları getdikcə böyüyən, nümayişlə bağlı tərəfdaşlarımızla işləməkdən çox məmnunuq. Bu sevgi, ehtiras, iddia və mütərəqqi yaradıcı qüvvənin təsiri ilə alovlanan bir bənzərsiz hərəkatdır. Biz yenə də 10 il gözləyə bilmərik”.

2012-13 Qış mövsümü zamanı Festival çərçivəsində sualtı qayıq, snoubord kurortları, rəsm qalereyaları, dondurma kafeləri, restoranlar, sərgi salonları və barlar kimi müxtəlif məkanlarda 25 mindən artıq nümayiş təşkil olunub. Qazaxıstanda keçirilən nümayiş zamanı, bir cəsarətli tamaşaçı Festivalda “Future Shorts-Future Love” adlı öz qısametrajlı filmini nümayiş etdirməyə təklif etmişdi.

2013-cü ilin aprel-may aylarında Festivalın Yaz mövsümü çərçivəsində qüssə və kədər, sevinc və yaşam yaddaşı, əziz xatirələrdən uzaqlaşma hisslərini təsvir edən 6 qısametrajlı filminin nümayişi nəzərdə tutulub.

Yaz mövsümü çərçivəsində “Future Shorts” Festivalının proqramında aşağıda qeyd olunan filmlər öz əksini tapıb: rejissor Qreyncer Deyvidin çəkdiyi və “The south by southwest” Film Festivalının Münsiflər Heyətinin mükafatı ilə təltif olunan “Kreslo” filmi (qəfildən qısamüddətli hücum edən və qarşısıalınmaz düşmənlə mübarizə aparan kiçik şəhərin həyatına baxış; ABŞ, 2012-ci il); rejissor Qjeqoş Zariçnının çəkdiyi “Fit” filmi (filmdə futbol liqasının aşağı divizionunda hakim kimi çalışan insanın xəyalları və ümidi təsvir olunub; Polşa, 2012-ci il); rejissor Kanmin Kimin ərsəyə gətirdiyi ata və oğul arasında münasibətləri əks etdirən “38-39°C” cizgi filmi (ABŞ/Cənubi Koreya birgə istehsalı, 2011-ci il); Kann Festivalının Münsiflər Heyətinin mükafatı ilə təltif olunan, rejissor Frida Kempffin çəkdiyi “Mikki Beyder” filmi (filmdə yüzyaşlı Mikkinin gündəlik hamamda çimmək tarixçəsi nəql olunur; İsveç/Danimarka, 2009-cu il); rejissor Quto Parentenin yaratdığı “Deyirlər ki, itlər sərsəmləyir” filmi (Braziliya, 2012-ci il); nəhayət, 2013-cü ildə Sandens Festivalında “ABŞ Bədii Filmlər” kateqoriyasının qalibi, rejissor Demyen Çeyzelin çəkdiyi “Şok” filmi (ABŞ, 2012-ci il).

Bakıda təşkil olunacaq nümayişlərə aşağıdakı ünvanlarda baxmaq olar: 21 iyun, saat 19:00 və 21:00 (Park Cinema); 22 iyun, saat 19:00 və 21:00 (Metro Park)

 





11.06.2013    çap et  çap et