525.Az

Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək


 

Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək<b style="color:red"></b> Böyük ehtimalla Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Belarusun paytaxtı Minskdə MDB İcraiyyə Komitəsinin rəhbəri Serqey Lebedev jurnalistlərə açıqlamasında bildirib.

Ukrayna 2013-cü ildə MDB-yə sədrlik etməli idi. Lakin o, bu il ATƏT-də də sədrlik etdiyindən bundan imtina edib: "Ukrayna artıq 2014-cü ildə quruma sədrlik etmək barədə niyyətini bildirib. Mən bilirəm ki, Ukrayna XİN artıq bu istiqamətdə işlər aparır. Mən əminəm ki, Birlik ölkələrinin əksəriyyəti Ukraynanın bu təşəbbüsünü dəstəkləyəcək".

O bildirib ki, MDB İcraiyyə Komitəsi Ukraynanın bütün idarələrinə sədrliyə hazırlıqda dəstək göstərəcək.
 





11.06.2013    çap et  çap et