525.Az

“Müsəlmanlar və yəhudilər yemir, amma Rüstəm İbrahimbəyov yeyir”


 

“Müsəlmanlar və yəhudilər yemir, amma Rüstəm İbrahimbəyov yeyir”<b style="color:red"></b>

Bu ayın 1-də Rusiyanın ORT telekanalıyla nümayiş olunan Andrey Malaxovla “Bu gün axşam” populyar verilişi tanınmış aktyor Aleksandr Abdulova həsr edilən verilişdə aktyorun ailə üzvləri ilə yanaşı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov və digər sənət dostları, öz təəssüratlarını bölüşüb, keçmiş günləri xatırlayıblar. “Olaylar” informasiya agentliyinin məlumatına görə, A.Abdulovun həyat yoldaşı Yuliya Abdulova ömrünün son günlərində ərinin qarışıq yuxular görərək yaxınlarından kiminsə pis olayla qarşılaşacağını dediyini bildirib. Bundan üç gün sonra onlar keçmiş millət vəkili Anar Məmmədxanovun vəfat etdiyini eşidiblər. Bunu hətta A.Məmmədxanovun həyat yoldaşına danışdığını deyən Y.Abdulova ərinin yaxın dostunun ölümünün ona çox pis təsir etdiyini və böyük həyəcan keçirdiyini bildirib.

Verilişdə iştirak edən R.İbrahimbəyov isə sonluğun kədərli notlar üzərində qurulmasını istəmədiyini və qastronomik mövzuyla auditoriyanın əhval-ruhiyyəsini dəyişmək niyyətində olduğunu bildirib. O, qeyd edib ki, “Mənim talismanım məni qoru” adlı filmin çəkilişiylə bağlı Voldinə gedərək filmdə baş rolda olan Abdulovla görüşüb. Abdulov ona sürprizi olduğunu bildirib və İbrahimbəyovu donuz fermasına gətirib. Fermada Y.Abdulov R.İbrahimbəyova donuz seçdiyini və onu kəsmək istədiyini deyib: “Donuz nəsə narahat oldu, insan, uşaq səsiylə qışqırmağa başladı. Bir də gördüm ki, kimsə, nəsə mənim yanımdan səs sürətiylə keçdi. Baxdım ki, Saşadı (Aleksandr), hər şeyi rüsvayçı şəkildə atıb qaçır. Düzdür, sonra o donuzu bizə gətirdilər”.

Əslində, R.İbrahimbəyovun bu çıxışı yerinə düşmədi, heç gülməli də alınmadı. Hər halda, onun intellekti reklam olunduğu kimidirsə, daha yaxşı hadisə barədə danışa bilərdi. Amma məsələnin başqa tərəfi də var. R.İbrahimbəyov bildiyimiz qədəriylə müsəlmandır, özü də prezidentliyə iddialı bir şəxsdir. Onun rəhbəri olduğu Milli Şurada da islamçılar var. Bəs indi dindarlar bu donuz əhvalatını, rəhbərlərinin donuz əti yeməsini necə həzm edəcəklər? Həqiqətən də bu, çox müəmmalıdır. Əgər R.İbrahimbəyovun müsəlman və İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də donuz ətinin müsəlmanlar üçün haram buyrulduğunu nəzərə alsaq, cəmiyyətin dindar kəsiminin, Nardaran kəndinin camaatının, eləcə də oradan Milli Şuraya qatılan dindar şəxslərin bu məsələni heç də asanlıqla həzm etməyəcəyi labüdləşir.

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, donuzun insanlar üçün haram olması təkcə İslamda olan məsələ deyil. O, yəhudi dinində də donuz ətinin, yağının haram olduğunu və bu gün də yəhudilərin heç vaxt donuz əti və yağından istifadə edilən məhsullarla qidalanmadıqlarını bildirib: “İsraildə halal olan məhsulların üzərində “koşer”, ya da ki, “kaşar” sözlərini işlədirlər ki, həmin sözlər də yəhudi dilində “halal” mənasını verir. Xristianlar üçün də donuz Allah tərəfindən haram buyrulub. Lakin sonrakı dövrlərdə “İncil”də edilən müəyyən təfsirlərdən sonra həmin hökmü dəyişiblər. “Qurani-Kərim”in “Maidə” surəsinin 90-cı ayəsində isə donuz əti müsəlmanlara haram edildi. İslam dini yaranmamışdan qabaq da ərəblər donuzun nə olduğunu bilmirdilər. Heç bilmirdilər ki, xınzır deyilən və mənası donuz olan söz nə deməkdir. Onlar ancaq donuzları müxtəlif ölkələrdə görmüşdülər. Ərəbistan yarımadası isti iqlimə sahib olduğu üçün orada heç vaxt donuz olmayıb, nə də ki, bu heyvan saxlanılıb. İslam dini təkcə müsəlmanlara yox, bütün millətlərə göndərilmiş bir dindir. Müsəlmanlara donuz əti Allah tərəfindən haram buyrulduğu üçün nəinki isti, heç soyuq iqlimdə yaşasalar belə yemirlər. Bu gün müasir tibb sübut edir ki, donuz əti yeyən insanlarda “trixin” adlanan xəstəlik əmələ gəlir. Həmin xəstəliyə heç vaxt müsəlman dövlətlərində rast gəlmək mümkün deyil. Donuz ətindən istifadə edilən ölkələrdə isə “trixin” xəstəliyi geniş yayılmış bir bəladır. Müsəlmanlar isə haram buyrulduğu üçün donuz yemir və buna görə heç vaxt peşiman deyillər. Donuz əti yeməmək həm sağlamlıqdır, həm də savabdır”.

AQİL

 





12.06.2013    çap et  çap et