525.Az

Türkiyə müxalifətinin tələbləri bəlli oldu


 

Türkiyə müxalifətinin tələbləri bəlli oldu<b style="color:red"></b> Türkiyənin əsas müxalifəti, Cümhuriyyət Xalq Partiyası «Gəzi» parkında baş vermiş son olayla bağlı gecə fövqəladə toplantı keçirib.
 
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, 2 saat sürən Mərkəzi Yüksək Qurumunun toplantısından sonra partiya başqanı Kamal Qılıcdaroğlu qəbul etdikləri qərarı açıqlayıb.
 
«- Bu proseslərdə polislə xalq qarşı-qarşıya gəlməməli;
   - Güc tətbiq edən məsullar barəsində istintaq aparılmalı;
   - Bütün siyasi partiyalar üzərinə düşəni görməli, mitinq etməməli;
   -İqtisadiyyat geriləyir;
   - Türkiyə bu vəziyyətdən çıxarılmalı;
   - Beynəlxalq aləmdə Türkiyə etibardan düşüb;
    -Ölkə prezidenti siyasi partiya təmsilçilərini çağıraraq, liderlər toplantısı keçirməlidir»- deyə, müxalifət lideri bildirib.
 





12.06.2013    çap et  çap et