525.Az

Tovuzda Qurtuluş Günü ilə bağlı tədbir keçirilib


 

Tovuzda Qurtuluş Günü ilə bağlı tədbir keçirilib<b style="color:red"></b>

Tovuzda ön cəbhədə hərbi hissədə və rayon mərkəzində 15 iyun - Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov 15 iyun - Qurtuluş gününün əhəmiyyətindən, ümummili lider Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasəti  müstəqil Azərbaycanın inkişafına yol açmışdır. Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz ümummili lider Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdı. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva "gələn bayramlarımızı inşallah birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik", - dedi.

   Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilmişdi. Tədbir Türkiyənin tanınmış sənətçisi Oya Ergün və Azərbaycanın əməkdar artisti Könül Xasıyevanın  əsgər, zabit, hərbiçilərimiz üçün  geniş konsert proqramı ilə davam etmişdi.

   Eyni zamanda 15 iyun - Qurtuluş Günü münasibətilə Tovuz rayon mərkəzində də tədbir keçirilmişdir. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Yüzlərlə rayon sakininin iştirak etdiyi tədbir  Türkiyənin tanınmış sənətçisi Oya Ergün, Azərbaycanın əməkdar artisti Könül Xasıyevanın və rayonun tanınmış sənətçilərinin iştirakı ilə geniş konsert proqramı ilə davam etmişdir.

 





12.06.2013    çap et  çap et