525.Az

Millət vəkili saytı yalan müsahibəyə görə məhkəməyə verir


 

Millət vəkili saytı yalan müsahibəyə görə məhkəməyə verir<b style="color:red"></b>

Milli Dirçəliş Hərəkatı Partiyası "Moderator.az"saytını məhkəməyə verir. Partiyadan "Olaylar"a daxil olan məlumata görə, buna səbəb saytın partiyanın sədri, millət vəkili Fərəc Quliyevin adından eksklüziv müsahibə yaymasıdır.

Bildirilir ki, qurama musahibədə millət vəkilinin adından fikirlər yazılıb: "Yazıda bütün Milli Məclis üzvləri Fərəc Quliyevin dili ilə aşağılanıb. Bildiririk ki, bu saytın əməkdaşı Gülnaz Qənbərli günorta saatlarında Fərəc Quliyevə zəng edib, lakin Fərəc bəy ATƏT-in məruzəçiləri ilə Milli Məclisdə görüşdə olduğunu bildirərək müsahibə vermək üçün vaxtı olmadığını bildirib. Ancaq axşam saatlarında "moderator.az"saytına baxıldıqda millət vəkilinin adından bu sayt tərəfindən fikirlər qoyulduğu məlum olub". MDHP bu saytı məhkəməyə verəcəyini bildirməklə yanaşı, həmin hadisədən təəssüfləndiyini bildirir".

Moderator.az saytının redaktoru Zülfüqar Hüseynzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bununla bağlı millət vəkili ilə danışıqlar olub və problem həll olunub. Hətta saytda sözügedən mövzu ilə bağlı təkzib də verilib: "Saytın əməkdaşı Gülnaz Qənbərli Hikmət Hacızadədən götürdüyü müsahibəni Fərəc Quliyevin adından verib. Həmin jurnalist də cəzalandırılıb".

 





13.06.2013    çap et  çap et