525.Az

Sabir Rüstəmxanlı Zaur Qurbanlını zaminə götürmək üçün baş prokurora müraciət etdi


 

Sabir Rüstəmxanlı Zaur Qurbanlını zaminə götürmək üçün baş prokurora müraciət etdi<b style="color:red"></b>

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunaraq, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən “NİDA” Vətəndaş Hərəkatının kordinatoru Zaur Qurbanlının zaminə götürülməsi üçün baş prokuror Zakir Qaralova müraciət edib.

"Musavat.com" saytının verdiyi məlumata görə, müraciətdə Z.Qurbanlının bir neçə xəstəlikdən əziyyət çəkdiyi, müalicəyə ciddi ehtiyac duyduğu, əvvəllər məhkum olunmadığı nəzərə alınaraq, onun məhkəməyə qədər müddətdə millət vəkilinin zaminliyinə buraxılması baş prokurordan xahiş edilir.

Xatırladaq ki, rəsmi məlumata görə, “NİDA” Vətəndaş Hərəkatının kordinatoru, bloqçu Zaur Qurbanlı narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları əsasında saxlanılarkən polisə müqavimət göstərdiyi üçün ötən ilin oktyabrında 15 sutka həbs olunub. 2003-cü il aprelin 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb və qanunsuz odlu silah saxlamaq ittihamı elan edilərək, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 





13.06.2013    çap et  çap et