525.Az

Oqtay Əsədov: “Bəzi xarici qüvvələr sabitliyi pozmağa çalışırlar”


 

Oqtay Əsədov: “Bəzi xarici qüvvələr sabitliyi pozmağa çalışırlar”<b style="color:red"></b>

Bu gün Milli Məclisin növbədənkənar yaz sessiyaasının ilk iclası baş tutub.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev Müdafiə Nazirliyinin rəhbərliyini milli kadrlarla gücləndirməyi zəruri sayıb.

Qüdrət Həsənquliyev deyib ki, hazırda siyasi partiyalar arasında dialoqa ehtiyac var: “Bu gün Müdafiə Nazirliyinin rəhbərliyində çalışan insanlar vaxtilə Ali Baş Komandana dəstək vermədilər və ölkədə çevriliş oldu. Həmin şəxslər bu gün də Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışırlar. Əgər bu gün belə şərait yaranarsa, görəsən onlar Ali Baş Komandanı müdafiə edəcəklərmi?!”.

Spiker Oqtay Əsədov deyib ki, Azərbaycanda sabitlik var, amma bəzi xarici qüvvələr bu sabitliyi pozmağa çalışırlar: “Əminəm ki, onların bu səyləri boşa çıxacaq”.

Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyət dəyişikliyi baş verib: “Bu baxımdan həmin dövrü dövlət çevrilişi adlandırmaq ya tarixi bilməmək, ya da tarixi gənc nəslə fərqli təqdim etməkdir”.

Siyasi məhbusları azad etməyi zəruri sayan millət vəkili İqbal Ağazadə bildirib ki, dövlət himni oxunarkən milli komandalar, bütün şəxslər dövlət himnini oxumalıdır: “Biz dövlət himnini oxumasaq, cəmiyyətə dövləti sevdirmək çox çətin olacaq”.
 
YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda syiasi məhbus olmadığını vurğulayıb. Onun sözlərinə görə, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş insanlar var: “Nəyə görə Avropa Məhkəməsi bir müəllimin, həkimin şikayətinə baxmır, ancaq başqa müraciətlərlə bağlı dərhal bəyanat verir? Azərbaycanda seçki mühitində hər kəsin fikrini söyləməsi, namizədliyini verməsi hüququ var. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa dərnəklərdə namizədliklərini verirlər. Bilirlər ki, seçkidə 1 faizdən çox səs toplaya bilməyəcəklər. Ona görə də “filankəs tutuldu, seçkiyə kölgə düşdü”, “göydən daş yağdı, seçkiyə kölgə düşdü” deyərək müxtəlif bəhanələr gətirirlər”.

 





13.06.2013    çap et  çap et