525.Az

Kemerondan Türkiyə açıqlaması


 

Kemerondan Türkiyə açıqlaması<b style="color:red"></b>

İngiltərənin baş naziri Devid Kemeron Londonda Xarici Media Dərnəyinin G- sammiti toplantısında iki türk qadın jurnalistin suallarını cavablandırıb.

Kemeron bu söhbətdə  Türkiyədə iki həftədir davam edən etirazlarla bağlı ilk açıqlamasını verib. İngiltərənin baş naziri "Hadisələri hamımız izləyirik, İstanbuldakı hadisələr narahatlıq doğurur və əndişəvericidir" deyib. Kemeron qeyd edib ki, hər kəs lazım olan məsuliyyəti nümayiş etdirməlidir.

İngiltərənin baş naziri Rəcəb Tayyib Ərdoğanla sıx-sıx danışdıqlarını və Türkiyənin son 10 ildəki inkişafının başqa ölkələr tərəfindən heyranlıqla izləndiyini də sözlərinə əlavə edib.

TRT

 





14.06.2013    çap et  çap et