525.Az

ABŞ kəşfiyyatı Rusiya prezidentinin telefon danışıqlarını dinləməyə çalışıb


 

ABŞ kəşfiyyatı Rusiya prezidentinin telefon danışıqlarını dinləməyə çalışıb<b style="color:red"></b>

ABŞ Milli Təhlükəsizlik Agentliyi 2009-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin “G20” sammitinə qatılmaq məqsədilə Londona səfəri zamanı onun telefon danışıqlarını dinləməyə cəhd göstərib.

APA-nın xəbərinə görə, bu barədə “The Guardian” qəzeti ABŞ Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərə istinadən məlumat yayıb. Bu sənədlərə əsasən ABŞ və Britaniya kəşfiyyatının əməkdaşları Şimali Yorkşir əyalətində D. Mevedevin və Rusiya nümayəndə heyətinin digər üzvlərinin Moskvaya peyk rabitəsi vasitəsilə etdikləri telefon zənglərini dinləməyə cəhd göstəriblər. Bu əməliyyatın uğurla nəticələnib-nəticələnmədiyi bəlli deyil.
 
Sənədlərdə Britaniya hökumətinin tapşırığı ilə bu ölkə kəşfiyyatının “G20” sammitində iştirak edən siyasi xadimlərin və maliyyə nazirlərinin elektron yazışmalarını və telefon zənglərini izlədiyi də əksini tapıb. Söhbət xüsusən CAR və Türkiyə nümayəndələrindən gedir. Britaniya kəşfiyyatı onları izləmək üçün xüsusi internet kafelər təşkil edib və iştirakçıların “Blackberry” smartfonlarına nəzarət qurub. Kəşfiyyatın 45 analitiki bütün telefon danışıqları haqqında operativ icmallar hazırlayaraq hökumətə ötürüblər. Bu informasiyaların sammitin gedişində Britaniya hökumət nümayəndələrinə gəlməsi onların danışıqlara korrektələr etməsinə imkan yaradıb.

 





17.06.2013    çap et  çap et