525.Az

MTRŞ üzvləri fəxri ad və “Tərəqqi” medalı ilə təltif edildi


 

MTRŞ üzvləri fəxri ad və “Tərəqqi” medalı ilə təltif edildi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Cəbiyev Qafar Cəfər oğlu və Vəliyeva Sona Məhəmməd qızına “Əməkdar jurnalist” fəxri adı verilib.

Adı çəkilən şəxslər bu fəxri ada Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə layiq görülüblər.

Prezidentin digər sərəncamı ilə Azərbaycanda televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətlərinə görə Ağayeva Kifayət Alay qızı, Xudat-zadə Fikrət Əhməd oğlu və Qaraşov Rafail Buruza oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

 





04.10.2012    çap et  çap et