525.Az

Almaniyanın Cinayət Məcəlləsində oğurluq maddəsi yoxdur, çünki...


 

Almaniyanın Cinayət Məcəlləsində oğurluq maddəsi yoxdur, çünki... <b style="color:red"></b>

...Ordu həyatı ilə tanışlığımız dislokasiya yeri barədə məlumat almağımızla başlandı. 1972-ci ilin ilk avqust günlərindən biriydi. O vaxtkı Almaniya Demokratik Respublikasının, gərək ki, Ebersvalde şəhərində, ordu qərargahında bizi əməlli-başlı təlimatlandırdılar: ən çox da zabit olaraq xalqın arasında özümüzü necə aparmaqla əlaqədar məişət məsələləri barədə.

Bir polkovnikin çıxışı, daha doğrusu, çıxışından bir məqamı indiyədək unuda bilmirəm. Dedi:

Almaniya Demokratik Respublikasının Cinayət Məcəlləsində oğurluqla bağlı maddə yoxdur, ona görə ki, bu ölkədə oğurluq cinayəti olmur!

Cümlədən sonra nida işarəsini indi mən qoyuram, amma mənə elə gəlir ki, bu, əslində mənim əməlim deyil, bunu elə o vaxt, həmin sovet zabiti eləmişdisitat gətirdiyim o bircə cümləni elə söyləyib elə bitirmişdi ki, sanki nidasını da qoymuşdu.

Bu bircə cümlə o böyüklükdə imperiyadanFrunze (indiki Bişkek) şəhərindən, 1934- il dekabrın 20-dən 1990- il dekabrın 7-dək mövcud olmuş Mordoviya Muxtar Sovet Sosialist Respublikasının, hazırda isə Mordoviya Respublikasının inzibati mərkəzi (yəni paytaxtı) Saransk şəhərindən, Rusiyanın Kirov şəhərindən, Minskdən, Kişinyovdan, o vaxtkı Yerevandan təbii ki, Bakıdan sovet ordusunda zabit sifətilə ikiillik həqiqi hərbi xidmətə çağırılmış 200-dək ali məktəb məzununa əsla inandırıcı görünmədi, ona görə mühazirənin bitməsini (tədbiri belə elan etmişdilər) gözləmədən aşkar şübhəni ifadə edən bir neçə sual səsləndi. Hamısında dayəni?..” sözönü ilə.

Mühazirəçi polkovnik bir daha qətiyyətlə təkrarladı:

Almaniya Demokratik Respublikasının Cinayət Məcəlləsində oğurluqla bağlı maddə yoxdur, ona görə ki, bu ölkədə oğurluq cinayəti olmur!..

Dediklərinə heç bir şübhənin qalmaması üçün əlavə elədi:

Doğrudur, “olmurifadəsini yalnız yerli əhaliyə münasibətdə işlətmək daha düzgün çıxar. Çünki bütün dünyada olduğu kimi, Demokratik Almaniyada da oğurluq hadisələri olur, lakin bunu edənlər, çox təəssüf ki, “sovetlər polyaklardır.

O vaxt hansısa razılaşmaya görə, sosializm düşərgəsinə daxil olan Almaniya Demokratik Respublikası ilə Polşa Xalq Respublikası arasında sərhəd maneələri aradan qaldırılmışdı. Öz dövrəsindəki digərsosialistlərə, xüsusən sovetlərə almanlara nisbətən iqtisadi baxımdan çox ağır vəziyyətdə olan polyaklar buaçıq qapı siyasətindən geninə-boluna bəhrələnirdilərsəhərdən axşamacan ( ya əksinə!) sosializm dünyasının əsl cənnəti sayila bilən Demokratik Almaniyadan əllərinə keçən (pulla, yaxud müftəoğurluqla) hər şeyi ölkələrinə daşımaqdaydılar.

Sovet adamları, yəni 1945-ci ildən bəri əslində heç kimə haqq-hesab verməyən fateh-işğalçı kimi, 1957-ci il martın 12- isəSovet qoşunlarının Almaniya Demokratik Respublikasının ərazisində müvəqqəti yerləşməsi ilə bağlı məsələlərə dair iki ölkə hökuməti arasında imzalanmış sazişə əsasən, qanuni şəkildə bu ölkədə yerləşdirilmiş təqribən 500 min nəfərlik sovet qoşun heyəti, bu sayın beşdə biri qədər onlara xidmətlə məşğul olan mülki heyət elə o qədər həmin bu heyətlərəmənəvi mədəni xidmətüçün nəzərdə tutulmuş, daha çox zənən tayfasından ibarət səyyar qruplar isə hər yerdə olduğu kimi, burada da özləriniböyük qardaşkimi aparırdılar, elə buna görə az qala hər gün yerli hökumətin rəsmi tələbi ilə heç olmazsa bir nəfər mühakimə edilmək üçün geriyəSovet İttifaqına göndərilirdi: heç ola bilməzdi ki, “növbələrdə doğulan, növbələrdə can verən” (Robert Rojdestvenski) sovet adamı yalnız adını eşitdiyi malların bolluğuna düşə ordan nəsə çırpışdırmayaydı! Bir səbəb oydu ki, bu adamlar mağazalarda videokameraların quraşdırıldığından ya xəbərsiz olur, ya da buna açıq-aşkar göz yumurdular...

Keçmiş Almaniyadakı hərbi xidmət illərində bu ölkədə oğurluğun olmadığını yüz dəfələrlə müşahidə edənin biri kimi mühazirəçi-polkovnikin dediklərinin doğruluğuna tam əmin oldum. Ən azı öz təcrübəmdə rastlaşdığım kiçik bir fakt da bunu təsdiqləyir. Hərçənd bu, bilavasitə oğurluqla bağlı olmasa da.

1974- il mayın 9-da xidmətdə fasiləbayram olmasından istifadə edərəkmədəni istirahətüçün keçmiş tələbə yoldaşım, indisə leytenant Oruc Paşayevlə Potsdam şəhərinə getmişdik. Hansısa mağazanın önündən keçəndə vitrində müxtəlif formalı baş geyimləri diqqətimi çəkdi o vaxt SSRİ üçün matah sayıla bilən bir dəri kepka alıb başıma keçirdim.

Neçə saatdan sonrasa elekrik qatarı ilə geriyəyaxınlığında hərbi hissəmizin yerləşdiyi Priort stansiyasına qayıdarkən yolüstü Potsdam dəmiryol vağzalının birinci mərtəbəsindəkiBistroya da baş vurası olduq.

Qatarda isə qeyri-iradi əlimi saçlarıma çəkəndə kepkanıBistroya daxil olarkən qarderobda asdığımı xatırladım.

Düz bir ay sonra yolum təsadüfən eyni marşrutdan düşəndə... kepkanı eləcə asılqanda gördüm. Maraq güc gəldi qoca şveytserə bu əhvalatı danışdım: “Axı necə ola bilər ki, bu kepkayamahiyyəti maliyyəsi bir şey olmasa daheç kəs əl vurmayıb kepka düz bir ay burda asılı qalaraq yolumu gözləyib”. Şveytser qımıldanmadı da: “Kepka kimindirsə, o da ona əlini vurasıydı. Burda təəccüblənəsi bir şey yoxdur...”.

P.S. İndi vahid, birləşmiş Almaniya olan AFR-in Cinayət Məcəlləsində oğurluq cinayəti ilə bağlı ayrıca maddəni axtardım, amma tapmadım!

avqust 1972 – oktyabr 2012

 





04.10.2012    çap et  çap et